Azərbaycan ÜST-lə fəal əməkdaşlıq edir - Hikmət Babaoğlu

Azərbaycan ÜST-lə fəal əməkdaşlıq edir - Hikmət Babaoğlu
12:48 13 Mart 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Şübhəsiz ki, bu prosesdə ÜST ilə əməkdaşlığın da özünəməxsus rolu var.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hər şeydən öncə bu əməkdaşlıq xalqımızın təhlükəli virusdan qorunmasına xidmət edir: “Artıq koronavirus ÜST səviyyəsində pandemiya kimi müəyyənləşdirildi. Ancaq ötən ilin sonlarında Çindən başlayaraq bütün dünyaya yayılan bu virusun Azərbaycanda təhlükəli həddə çatmaması və yayılmasının qarşısının alınması üçün çox önəmli preventiv önləyici tədbirlər həyata keçirildi. Hətta Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradıldı. Ölkə Prezidenti tərəfindən önləyici tibbi sanitar, antiviral tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat pul ayrıldı. Azərbaycan əvvəldən koronavirusla bağlı məsələyə şəffaf yanaşdı. İstər tibbi maarifləndirmə, istər obyektiv informasiya mübadiləsi, istərsə də tibbi-gigyenik nöqteyi-nəzərdən işini düzgün qura bildi. Buna görə də nəticə göz qabağındadır. Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Şübhəsiz ki, bu prosesdə ÜST ilə əməkdaşlığın da özünəməxsus rolu var. Çünki ÜST-ün verdiyi tövsiyələr ölkəmizdə ciddiyə alınır və bu vaxta qədər virusun kütləvi yayılması ilə əlaqədar heç bir məlumat yoxdur. Baxmayaraq ki, bizim qonşu ölkələrdə bu virus çox sürətlə və iri miqyasda yayılıb. Koronavirus pandemiya adlandırıldı ki, bu da virus üçün milli sərhədlərin olmaması deməkdir. Ona görə də hər bir dövlət öz inzibati-siyasi sərhədlərindən kənarda da bu virusa qarşı mübarizədə aktiv iştirak etməlidir. Azərbaycan da əslində bunu etdi. Koronavirus tam olaraq dünyanın hər yerində yayılmaq potensialına malik olduğu üçün Azərbaycan ÜST ilə fəal əməkdaşlıq edir”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR