Energetika nazirinin müavinləri Ağsu və İsmayıllıda vətəndaşları qəbul edib

Energetika nazirinin müavinləri Ağsu və İsmayıllıda vətəndaşları qəbul edib
16:02 13 Mart 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Energetika nazirinin müavini Samir Vəliyev Ağsu şəhərində, nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi və qaz təchizatı, sahibkarlıq obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin alınması, elektrik enerjisi verilişində yaranan fasilələr, elektrik xətlərinin istismara yararsız olması, qazdan istifadəyə görə borcun silinməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə qəbullarda 8 vətəndaşın müraciətinə baxılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/energetika-nazirinin-muavinleri-agsu-ve-i-smayillida-vetendaslari-qebu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR