Deputatdan parlamentdə SƏRT SÖZLƏR: "Bu, dözülməz, biabırçı vəziyyətdir"

Deputatdan parlamentdə SƏRT SÖZLƏR: "Bu, dözülməz, biabırçı vəziyyətdir"
18:13 13 Mart 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı AMEA-nın müxbir üzvü, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı sərt çıxış edib.

Publika.az-ın məlumatına görə, görkəmli tarixçi alim bildirib ki, gələn il Azərbaycanın ikinci müstəqilliyinin 30 yaşı tamam olur, ancaq ötən illər ərzində müstəqilliklə bağlı düz-əməlli bir film belə yoxdur.

“Hara baxır kinematoqrafiyamız, hara baxır aidiyyəti qurumlar?! Eyni zamanda, seçicilərimin bir xahişini çatdırmaq istərdim. İnsanlar, seçicilər çox ciddi narahatlıqla bildirirlər ki, efirlərimiz niyə bu vəziyyətdir?! Bütün günü efirlərdə düşük verilişlər, şou-biznes nümayiş olunur. Bu, dözülməz, biabırçı vəziyyətdir. Düzdür, telekanallar müstəqildirlər, özəldirlər, onların işinə qarışmaq olmaz, amma bununla belə, bu cür halların qarşısı alınmalıdır, insanların mənəviyyatı korlanır…”, - deyə deputat bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR