50 min dollar xərcləyib özünü "gözəlləşdirdi" - FOTOlar

50 min dollar xərcləyib özünü "gözəlləşdirdi" - FOTOlar
20:57 13 Mart 2020
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Cigno" ləqəbilə tanınan alman əsilli Lina L gənc yaşlarından döymə vurdurmaq arzusunda olub, lakin ailəsi və qohumları onun bu fikrinə daim qarşı çıxıblar.

Milli.Az big.az-a istinadən xəbər verir ki, universiteti bitirdikdən sonra, 2010-cu ildə Lina nəhayət yığdığı bütün pulları bankdan götürərək ABŞ-ın Kaliforniya ştatına bilet almaqla yeni həyata qədəm basmaq qərarına gəlib.

Son 10 il ərzində o, inanılmaz dərəcədə dəyişib: hərəsi 8 saat çəkən ümumilikdə 50 seans döymə ustasının yanında keçirib. Bu gün onun bədəninin 90 faizi döymə ilə örtülüb.

Lina öz bədənini sənət əsərinə çevirmək istəyir. Özü haqqında hətta kitab da çıxarıb.

Döymələrdən əlavə, o, dilini də ilan dilinə bənzətməyi planlaşdırır.

Qadın burun və sinə əməliyyatı da etdirib.

Nə ağrı, nə də pul xərci Linanı bu fikrindən döndərə bilməyib. İndiyədək etdiyi prosedurlara qadın 50 min dollar xərcləyib.

"Cigno"nun döymə salonunda işlədiyini düşünmək olar, lakin o, uzun illərdir ki, İT mütəxəssisi kimi çalışaraq müxtəlif proqramlar yaradır.

Rəsmi işlə yanaşı, Linanın başqa gəlir yeri də var: o, vaxtaşırı pul müqabilində çəkilişlərdə model kimi iştirak edir.

Bədənindəki dəyişiklikləri qadın 70 mindən çox izləyicisi olan "İnstagram" səhifəsində paylaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR