İKT-də Qızlar günü

İKT-də Qızlar günü
11:15 25 Dekabr 2014
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Gələn il “İKT-də Qızlar günü” (Girls in ICT Day” ) aprelin 23-də qeyd ediləcək.

ANS PRESS-in Rabitə və Yüksək texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, “İKT-də Qızlar günü” qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində keçiriləcək.

Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir. Bu gün İKT müəssisələrində açıq qapı günləri keçirilir, bu sahədə işləyən qadınlarla görüşlər təşkil olunur və bu sahədə təcrübə almaq imkanı təqdim edilir.

Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını qlobal səviyyədə əhatə edib.

Qeyd edək ki, bu il “Bakutel 2014” sərgi-konfransı çərçivəsində ”Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR