NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu
04:07 14 Mart 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

NATO-nun keçmiş baş katibi Havyer Solana koronavirus testi müsbət nəticə verdikdən sonra Madriddə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin məlumatına görə, Solananın həyatı üçün təhlükə yoxdur və o ehtiyat tədbiri kimi tibbi müşahidə altındadır.
NATO-nun keçmiş baş katibi martın 9-da İspaniyanın xarici işlər naziri Aranç Qonsales Layanın iştirak etdiyi tədbirdə olub.
Havyer Solana 1995-ci ildən 1999-cu ilə qədər NATO-nun baş katibi vəzifəsini tutub. O, sonra Avropa İttifaqı Şurasının (1999-2009 il) baş katibi olub. Həmçinin Solana baş nazir Felipe Qonsales Markesin hökumət başçısı olduğu vaxt İspaniya xarici siyasət idarəsinin rəhbəri vəzifəsini icra edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nato-nun-kecmis-bas-katibi-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR