Bundesliqanın futbolçusu koronavirusa yoluxdu

Bundesliqanın futbolçusu koronavirusa yoluxdu
07:17 14 Mart 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Paderborn 07" klubunun futbolçusu Luke Kilian koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə alman klubunun rəsmi saytında bildirilir.
Qeyd edilir ki, müdafiəçi bir neçə həftə əvvəl matçlardan birində zədə alıb. Bu səbəbdən matçları buraxıb.
Daha əvvəl Almaniyanın futbol liqasının rəhbərliyi özünün rəsmi saytında koronavirus epidemiyasına görə 26-cı turun təxirə salındığını elan edib.
Qeyd edək ki, Fransanın futbol çempionatı da koronavirusa görə dayandırılıb. Həmçinin İngiltərənin, İspaniyanın, İtaliyanın, Portuqaliyanın və Niderlandın çempionatları, Çempionlar Liqasının və Avropa Liqasının oyunları da dayandırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bundesliqanin-futbolcusu-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR