UEFA AVRO-2020-nin hazırlıqlarını dayandırır

UEFA AVRO-2020-nin keçirilməsi ilə bağlı hazırlıq işlərini dayandırmağa qərar verib.

Metbuat.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.

Bildirilir ki, qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunmalı idi. (apasport.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR