BMW i8-in istehsalı aprel ayında dayandırılacaq

BMW i8-in istehsalı aprel ayında dayandırılacaq
22:05 14 Mart 2020
Ölkə mətbuatı
A- A+

Bazar şərtləri və ya yenilənmə avtomobil şirkətlərini bəzən bəzi modellərin istehsalını dayandırmağa məcbur edir. Bu iş həyatında olduqca normal haldır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ötən ilin dekabr ayında XX i8 istehsal xəttindən çıxdığı üçün avtomobilin ömrünün sonuna yaxınlaşdığı bildirilmişdi.

Bu hibrid idman avtomobili 6 ildir ki, istehsaldadır. İlk dəfə  2013-cü ildə Frankfurt avtomobil sərgisində BMW i3 ilə birlikdə təqdim olunan bu model elektrik mühərriki və benzin mühərrikinə malik olduğu üçün böyük marağa səbəb olmuşdu. O dövrdə hibrid mühərriklər o qədər də yaxşı deyildi. Avtomobil 369 at gücündə olan mühərriklə təmin edilirdi. Ancaq benzin və hibrid modellər yavaş-yavaş elektrikli avtomobillərlə əvəz olunur.

BMW i8 seriyalı avtomobillərin istehsalının hansı gündə sona yetəcəyi rəsmi olaraq açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR