Fransızlar yeni nəsil Fiat 500e modelinin üzərindən sirr pərdəsini götürüblər - FOTO

Fransızlar yeni nəsil Fiat 500e modelinin üzərindən sirr pərdəsini götürüblər - FOTO
22:32 14 Mart 2020
Ölkə mətbuatı
A- A+

Fiat şirkətinin 500 modelinin tam elektrik verisyasını hazırladığı məlumdur. Bu yaxınlarda italyan istehsalçısı yeni elektrokarı təqdim etməlidir. Lakin, italyanları fransızlar qabaqlayıb - Worldscoop forumunda yeni Fiat 500e modelinin fotoşəkilləri yerləşdirilib. Şəhər elektrokarı sələfinin formalarını və nisbətlərini saxlasa da, daha müasir görünüşə sahib olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Fiat elektrokarı barədə heç bir məlumat yoxdur, odur ki,  "ikinci" 500e modelinə müraciət etməli olacağıq. Gözlənildiyi kimi, yeni elektrokar hər cəhətdən üstələməlidir. Əvvəlki elektromobil 2013-2017-ci illər arasında istehsal edilib. Model 113 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz edilirdi.

24 kilovat-saatlıq batareya Fiat 500e modelini 130-160 kilometrlik yürüş məsafəsi ilə təmin edirdi. İlkin məlumata görə, yeni elektrokarda bu göstərici ən azı iki dəfə artacaq və, hətta 400 kilometr təşkil edəcəkdir. Fiat 500e modelinin 500 ailəsinin yeganə versiyası olaraq qalacağı barədə şayiələr dolaşır - şirkət yeni emissiya standartlarına cavab vermək məcburiyyətində olduğu üçün daxili yanma mühərrikləri ilə təchiz edilmiş modifikasiyalardan imtina etməli olacaqdır.

Yeni Fiat 500e-nin rəsmi təqdimatı yaxın günlərdə baş tutmalıdır. Fiat şirkəti də Alfa Romeo maraksı kimi yeni elektrokarı İnternetdə təqdim edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR