ABŞ-dakı azərbaycanlılardan həyəcanlı koronavirus açıqlamaları... - FOTO

ABŞ-dakı azərbaycanlılardan həyəcanlı koronavirus açıqlamaları... - FOTO
13:05 15 Mart 2020
173 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp koronavirusla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Tramp qeyd edib ki, virusla mübarizəyə qarşı 50 milyard ABŞ dolları ayırmağa imkan verəcək.

Ağ Ev sahibi özü də koronavirus testini edib, lakin onun hərarəti tamamilə normaldır. ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi ölkədə 2.226 yoluxma halının qeydə alındığını və epidemiyanın hələ pik həddə çatmadığını bildirib. Bununla belə 50 nəfər həyatını itirib.

Bizi isə daha çox narahat edən Amerikadakı azərbaycanlıların vəziyyəti, özlərini, ailələrini COVİD 19 təhlükəsindən necə qorumalarıdır.

Milli.Az bildirir ki, musavat.com-a danışan ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı bildirdi ki, vəziyyət ciddidir. 

Onun sözlərinə görə, məktəblər aprelin 10-na qədər bağlanıb: "Avropa başda olmaqla, bir çox ölkələrdən Amerikaya təyyarə reysləri indilik 1 aylığına dayandırıldı. Prezident Tramp koronavirusla mübarizə üçün 50 milyard dollar əlavə vəsait ayırdı. 

İnsanlar ərzaq depolamaq üçün böyük marketlərə axışırlar. Mümkündür ki, yaxında xüsusi durumlar istisna olmaqla, müəyyən müddətə küçəyə çıxmaq yasağı da gətirilsin".

Z.Bayramlı qeyd etdi ki, indilik qida məhsullarında qıtlıq yaranmasa da, xeyli vaxtdır ölkədə maska, tibbi əlcək, dezinfeksiya məhsulları tapmaq mümkün deyil.

ABŞ-da yaşayan fəal Babək Əbdurrəhmanlı isə artıq Pensilvaniya ştatının bütün məktəblərinin bağlandığını söylədi: "Martın 30-na kimi qərar qüvvədədir. Daha öncə isə bütün universitetlər və kolleclər bağlanıb, online təhsil verilir. 

Tramp fövqəladə vəziyyət elan etdikdən sonra insanlar marketlərə axın etməyə başladı. Marketlərdə su, salfetka, əl sanitayzeri, sabun və sair təmizlik ləvazimatları yoxdur. 

Amerikanın Valmart, Veqman kimi market şəbəkələrinin vitrinlərini daşıyıblar, tam boşaldıblar. Gözlənilir ki, bazar ertəsindən 50-dən çox işçisi olan iş yerləri bağlansın". 

Həmvətənimiz bildirdi ki, restoranlar, kafelər işləyir, müştərilər doludur: "Biz azərbaycanlılar Novruz bayramı üçün yerlər danışmışdıq. Ancaq imtina etdik, yalnız öz icmamızla birlikdə qeyd edəcəyik. 

Bütün kütləvi yerlərdə ciddi dezinfeksiya edilir. Adicə marketə gedərkən arabanı dezinfeksiya edib verirlər. Hazırda yaşadığımız Kumberland Kountidə 3 nəfərdə koronavirus aşkarlanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/833883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR