Lənkəranda yol qəzası oldu, xəsarət alanlar var

Lənkəranda yol qəzası oldu, xəsarət alanlar var
13:47 15 Mart 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Nizami və H.Z.Tağıyev küçələrinin kəsişməsində baş verib.
“20-CX-430” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil “42-CA-298” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ-2106”nın sürücüsü, Kərgəlan kənd sakini, 1970-ci il təvəllüdlü Bəhram Əzim oğlu Hüseynov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Səliqə Əliağa qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qəzanın başvermə səbəbi araşdırılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-yol-qezasi-oldu-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR