"Barselona"dan Martines üçün yeni müqavilə

"Barselona"dan Martines üçün yeni müqavilə
15:37 15 Mart 2020
128 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" uzun müddətdir transfer etməyə çalışdığı "İnter"in futbolçusu Lautaro Martines üçün hərəkətə keçir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün təklif hazırlayıb. İspanlar Martinesə illik 16 milyon funt-sterlinq təklif edir.

Martines bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını "İnter"də davam etdirmək istədiyini bildirmişdi.

Argentinalı futbolçunun "İnter"lə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 31 oyunda 16 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/833892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR