Türkiyə ilə 17 ölkə arasında giriş-çıxış dayandırıldı

Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə bu gündən etibarən Azərbaycan və Gürcüstan daxil olmaqla Türkiyə ilə 17 ölkə arasında giriş-çıxış dayandırılıb.

Azvision.az xəbər verir ki, xarici ölkələrdən qayıdan Türkiyə vətəndaşları 14 gün müddətində karantində saxlanılacaq.

Qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyənin dəniz sərhədlərində də nəzarət gücləndirilib. Bundan əlavə, ölkədə dövlət, sosial, idman tədbirləri daxil olmaqla bütün mərasimlər təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR