Yaponiyada azərbaycanlılar üçün "qaynar xətt" yaradıldı

Azərbaycanın Yaponiyadakı səfirliyi koronavirusla əlaqədar "qaynar xətt" yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

"Qaynar xətt" Azərbaycanın Yaponiyada müvəqqəti və daimi yaşayan vətəndaşlarına lazımı köməkliyin və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Səfirliyin əməkdaşı Fərid Talıbov bu iş üzrə məsul şəxs təyin olunub. Onunla +8170-3844-2000 nömrəli telefonla və f_talibov@azembassy.jp elektron poçt vasitəsilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Yaponiyada indiyədək koronavirusa 839 yoluxma faktı qeydə alınıb. 22 nəfər koronavirusdan ölsə də, 144 nəfər sağala bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR