Ata azyaşlı qızını xəstəxanadan qaçırdı - Koronavirusa görə

Ata azyaşlı qızını xəstəxanadan qaçırdı - Koronavirusa görə
10:38 16 Mart 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyadan 12 gün öncə Türkiyəyə gedən ailənin 5 yaşındakı qızı Ş.F.-da gecə saatlarında qızdırma və şiddətli boğaz ağrısı olub. Azyaşlının atası Ü.F. tərəfindən Gölyaka xəstəxanasına aparılan qız daha sonra Düzcə Universiteti Tədqiqat və Təcrübə Xəstəxanasına transfer edilib.

Publika.az xəbər verir ki, burada aparılan analizlərdən sonra Ş.F.-nin koronavirus şübhəsi ilə müşahidə altında saxlanmasına və bunun üçün Atatürk Dövlət Xəstəxanasına yerləşdirilməsinə qərar verilib. Bunu öyrənən ata azyaşlı qızını xəstəxanadan qaçırıb.

Xəstəxana işçiləri polisə xəbər verib. Polis olaya müdaxilə edərək xəstəni dövlət xəstəxanasına aparıb. Düzcə valiliyi uşaqda götürülən qan analizi nəticəsində koronavirus tapılmadığını bildirib.

Azyaşlının atası polisə ifadə verdikdən sonra sərbəst braxılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/307898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR