Daha bir qonşu ölkədə çempionat dayandırıldı

Daha bir qonşu ölkədə çempionat dayandırıldı
10:52 16 Mart 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda bütün futbol yarışları aprelin 15-dək dayandırılıb.
"Report"un məlumatına görə, səbəb kimi koronavirus pandemiyası ilə əlaqədar profilaktik işlərin aparılması göstərilib. Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidir.
Oyunların yeni tarixi barədə qərar bir müddətdən sonra açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Türkiyədə yarışlar azarkeşsiz keçdiyi halda, Rusiyada heç bir ciddi qadağa yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/daha-bir-qonsu-olkede-cempionat-dayandirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR