Nazirliyin komandası kubok qazandı

Nazirliyin komandası kubok qazandı
11:15 25 Dekabr 2014
79 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional bölməsinin komandası kubok sahibi olub.

ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, dekabrın 1-dən 20-dək Şəmkir Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib.

12 komandanın iştirak etdiyi turnirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional bölməsinin komandası rəqiblərinə qalib gələrək finala çıxıb.

Finalda rəqibini 6-2 hesabı ilə məğlub edən görüşündə Gəncə-Qazax regional bölməsinin komandası turnirin kubokunu qazanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR