Baş nazirdən xəbərdarlı: "İtaliyada yoluxma hələ pik həddə çatmayıb"

Baş nazirdən xəbərdarlı: "İtaliyada yoluxma hələ pik həddə çatmayıb"
16:27 16 Mart 2020
167 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada koronavirusa yoluxma hələlik pik həddə çatmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Cuzeppe Konte deyib.

O bildirib ki, İtaliya hazırda qeydə alınan vəziyyətlə İkinci Dünya müharibəsindən sonra qarşılaşmayıb:

"Alimlər deyir ki, yoluxma pik həddə çatmayıb, biz indi ən təhlükəli günlərdən keçirik. Əgər hamımız evdə qalsaq, virusun qarşısını daha səmərəli şəkildə ala bilərik. Qələbə üçün 60 milyondan çox italiyalının töhfəsi lazımdır".

Qeyd edək ki, bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 24 747, ölənlərin sayı isə 1 809 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/834244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR