"Elə bil dünyanın sonudur" - Xaricdə yaşayan məşhurlarımız - FOTO

"Elə bil dünyanın sonudur" - Xaricdə yaşayan məşhurlarımız - FOTO
16:32 16 Mart 2020
Ölkə mətbuatı
A- A+

Bu günlərdə koronavirusla bağlı bir çox ölkələrdə karantin elan olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xaricdə yaşayan məşhur həmyerlilərimiz qaldıqları ölkə və şəhər barədə məlumatlar yayıblar:

Hazırda həyat yoldaşı Firuz Soliyev və qızı Josefina ilə Nyu-Yorkda yaşayan eks-aparıcı Günel Hümbətova vəziyyəti belə izah edib:

"Bu günlərdə yaşadıqlarımız və yaxın günlərdə hələ bəlli olmayan yaşayacaqlarımız heç vaxt ağlıma gəlməzdi. Nyu-Yorkda da bu gündən koronavirusla bağlı ictimai yerləri bağlayıb, bir aylıq karantin elan etdilər. Hələ bilinmir ki, bir ay sonra hər şey əvvəlki kimi olacaq ya yox... Qorxu filmlərində gördüyünüz Nyu-Yorku gerçəkdə yaşayırıq. Əslində, karantin elan olunması düzgün qərardır. Bu günün statistikalarına görə, Amerikada 4 minə yaxın, Nyu-Yorkda 800-ə yaxın, Manhettanda isə 300-dən çox yoluxma halı qeydə alınıb. Və hələ test olunmayan milyonlarla insan var! Düz 1 həftə əvvəl vəziyyət tamam fərqli idi. Nyu-Yorkda ilk yoluxma halı ilə bağlı ayın 5-i saytlarda oxudum və həmin gündən Josefinanı bağçaya buraxmadım. Hamı bazarlığını edib, evinə çəkilib gözləyir. Marketlər insan izdihamı, "Amazon"dan ərzaq sifariş etmək olmur, sayt az qala çöküb. Elə bil dünyanın sonudur".

İllər öncə ailə qurub Türkiyənin İstanbul şəhərinə köçən müğənni İradə İbrahimova isə bu barədə axşam.az-a danışıb:

"Hələ özümüzü qoruyuruq. Bioloji müharibədir. İnşallah, çox insan itirmədən qurtularıq. Uşaqları artıq məktəbə göndərmirəm. Gedəndə gələn kimi əllərini yuyur, paltarlarını, ayaqqabılarını yuyurduq. Bütün qapı qollarını, döşəmələri sirkəli sularla yuyuram. Əlimizin toxunduğu hər şeyi dezinfeksiya edirəm. Küçəyə çıxmırıq, alış-verişi onlayn sifariş edirik. Gələnləri də silir, spirtləyir sonra istifadə edirik. Küçədən yemək almırıq, restorana, oyun parklarına getmirik. Evdə özümüzü karantinə almışıq. Müvəqqəti bir durumdur. Övladlarımız üçün bunu etməliyik. Sıxılsaq da, depressiyaya düşsək də nə edək? Xüsusi siroplar içirik, immuniteti yüksək tutmağa çalışırıq".

Los-Ancelesdə aktrisalıq təhsili alan müğənni Səbinə Əskərova da vəziyyətin yaxşı olmadığını bildirib:

"Ərzaq sifariş etmək istəyirdim. Çatdırılma 2 ay sonra olacaq yazıldı. Əl təmizləyicisi 80 dollardır. Çox yerdə yoxdur. Həmçinin, əl sabunu da. Camaat hər şeyi daşıyır. Kassada 1 saat növbə gözləmişik". 

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/834243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR