İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Soltanmuradlı kəndində baş verib. İmişli rayon Çahar kənd sakini, 1988-ci il təvəllüdlü Əbilov Rəvan Əbil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - Çahar kənd sakini, 1984-cü il təvəllüdlü Fərmnov Məğrur Əlhüseyin oğli xəsarət alaraq xəstəxanaya yerləşdirlib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR