Koronavirusa görə Azərbaycanda fövqəladə vəziyyət elan ediləcək? - RƏSMİ

Koronavirusa görə Azərbaycanda fövqəladə vəziyyət elan ediləcək? - RƏSMİ
18:03 16 Mart 2020
Ölkə mətbuatı
A- A+

“Ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyytdə olanlar rayonlardakı xəstəxanalardadır”

Publika.az Reporta istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bu, vəziyyətdən asılıdır:

“Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyə elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/307969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR