Çexiyada iki şəhərə giriş-çıxış bağlandı

Çexiyada iki şəhərə giriş-çıxış bağlandı
18:12 16 Mart 2020
223 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyanın şərqində koronavirus təhlükəsi ilə əlaqədar Litovel və Uniçov şəhərlərinə giriş-çıxış bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Olomouts əyalətinin rəhbəri Ladislav Okleştek deyib.

O bildirib ki, həmin şəhərlərdə sakinlərin hərəkəti də məhdulaşdırılıb.

Bundan başqa, əyalət ərazisində 20 kənddə eyni tədbirlər görülüb.

Qeyd olunur ki, həmin ərazilərdə 33 yoluxma faktı qeydə alınıb.

Ümumilikdə Çexiyada koronavirusa yoluxanların sayı 298 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/834229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR