Emil Balayev məşhur Avropa klubunda?

Emil Balayev məşhur Avropa klubunda?
18:47 16 Mart 2020
199 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın "Tobol" klubundan ayrılaraq "Zirə"yə keçən Emil Balayev karyerasını Yunanıstanda davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qolkiper "Panatinaikos" klubuna namizədlər siyahısına daxil edilib.

Ondan başqa Cənubi Kiprin "Omoniya" klubundan Fabiano Ribeyro, Portuqaliya "Tondela"sından Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl da "Panatinaikos"da oynamağa namizədlər siyahısındadı.

Məlumatda bildirilir ki, "Panatinaikos" yayda azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, "Panatinaikos" Yunanıstanın ən köklü klublarından biridi. 112 yaşlı klub tarixi ərzində 20 dəfə ölkə çempionluğunu, 18 dəfə ölkə kubokunu, qazanıb, 1970/71 mövsümündə Çempionlar Liqasında və klublararası dünya çempionatında final oynayıb.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/834250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR