Astarada keçmiş məhkumun evindən 3,7 kiloqram narkotik çıxdı - FOTO

Astarada keçmiş məhkumun evindən 3,7 kiloqram narkotik çıxdı - FOTO
20:57 16 Mart 2020
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. "İsti izlər"lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/834178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR