Misirdə koronavirusdan daha iki nəfər ölüb

Misirdə koronavirusdan daha iki nəfər ölüb
07:37 17 Mart 2020
130 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə yeni növ koronavirusdan daha iki nəfər ölüb. Hazırda ölümlərin ümumi sayı 4-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Muqahed deyib.

"Luksorda 72 yaşlı Almaniya vətəndaşı ölüb, ikinci qurban isə martın 12-də ölən misirli qadınla əlaqə saxlayan, ölkənin şimalındakı Dakaxliya əyalətinin 52 yaşlı sakinidir", - nümayəndə bildirib.

Misirdə yeni növ koronavirusa yoluxanların ümumi sayı 166 nəfərə çatıb, o cümlədən bir sutka ərzində 40 yeni hal aşkar edilib, onların arasında beş əcnəbi vətəndaş var. Sağalananların sayı 26 nəfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/834382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR