Dünyanın ən gənc astronavtı, kosmos çamadanı hazırladı

Dünyanın ən gənc astronavtı, kosmos çamadanı hazırladı
08:05 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

NASA-nın 2033-cü ildə reallaşdırmağı planlaşdırdığı ilk Mars səfərinə qatılacaq astronavtlardan biri olan Alissa Karson, Horizn Studios ilə birlikdə ağıllı bir kosmos çamadanı hazırladı.

ABŞ-ın Baton Ruj şəhərində yaşayan dünyanın ən gənc astronavtı Alissa Karson, təlimlərinə davam edir. 18 yaşlı gənc, dünyanın ilk kosmos çamadanını hazırlamaq üçün ağıllı səyahət məhsulları markası Horizn Studios ilə birlikdə işləyir.

Horizn ONA adı verilən çamadan, karbon lifdən hazırlandı və bu da, indiyə qədər hazırlanmış çamadanlardan daha elastik, daha möhkəm və daha yüngül olmasını təmin edir. Çamadan, elektromaqnetik döşəməsi sayəsində qravitasiyasız mühitdə asan daxilolma üçün kosmos vasitəsinin döşəməsinə və ya divarlarına yapışa bilir.

Horizn ONA, elektronik cihazları kabelsiz olaraq enerji ilə təmin edə bilməyi də təmin edir. Bundan əlavə, üzərindəki ağıllı ekranı, astronavtların dünyadakı sevdikləri ilə video paylaşmasına imkan verir. Çamadan, maksimum yığma məhsuldarlığı təmin etmək üçün vakuumlama funksiyasına da sahibdir.

Çamadanın dizaynında işləyən Alissa Karson, 2033-cü ildə reallaşması planlaşdırılan ilk Mars səfərinə qatılacaq namizədlərdən biridir və Marsa ayaq basan ilk insan olmağı hədəfləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR