Çində koronavirusuna qarşı maraqlı tədbirlər

Çində koronavirusuna qarşı maraqlı tədbirlər
08:57 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

Koronavirusa qarşı keçirilən mübarizəyə baxmayaraq dünyanın bir çox yerinə təsirini göstərməyə davam edir. Virus bu ana qədər dünyada on minlərlə insana yoluxdu və minlərlə insanın həyatını itirməsinə səbəb oldu.

Sürətlə yayılan koronavirusu bu ana qədər 60 ölkədə aşkar edilib. Virusun ortaya çıxdığı ilk ölkə Çin, virusdan ən çox təsirlənən ölkə oldu. Virusa yoluxan 95.000 insan və virusa görə həyatını itirən 3.300 insanın əksəriyyəti Çindədir. Çin rəhbərliyi, virus epidemiyasını dayandırmaq və müalicəsini tapmaq üçün işlərə davam edir. Rəhbərliyin üsulları ilə birgə yerli xalq da öz üsulları ilə virusun yoluxmasına maneə törətməyə çalışırlar.

Koronavirusunun yayılmasına maneə törətmək üçün mütəxəssislərin əhəmiyyətli xəbərdarlıqlarından biri də insanların çox bir-birlərinə yaxınlaşmaması idi. Çin kimi izdihamlı ölkədə bu bir az daha çətin olsa da, edilən tənzimləmələrlə insanların bir-birləri ilə olan təması azaldılmağa çalışılır. Xüsusilə restoranlarda masalar bir-birlərindən şəffaf plastik strukturlarla ayrılır.

Bəzi peşə qrupları isə öz peşələrinin quruluşu səbəbindən insanlara yaxın olmağa məcburdur. Bərbərlər, işlərini görmək üçün insanlara yaxın olmalıdır. Ancaq virus epidemiyası çinli bərbərlərin fərqli həllər tapmasına səbəb oldu. Bərbərlər sadə alətlərlə insanların saçlarını daha uzaq məsafədən kəsməyə başladı.

Virusun yayılmasında, istifadədə olan pulların da təsirli ola biləcəyi düşünülür. Çinli məmurlar bu səbəblə istifadə edilən banknotları dezinfeksiya etmək qərarına gəldi. Banknotlar, bank şöbələrində ultrabənövşəyi işıq altında, yüksək istilikdə dezinfeksiya edilir. Dezinfeksiya əməliyyatından keçirilən pullar, 14 gün boyunca karantin altında tutulur. 14 gündəlik karantindən sonra pullar təkrar istifadəyə verilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR