Gürcüstanın azərbaycanlı boksçusu olimpiadaya lisenziya qazandı

Gürcüstanın azərbaycanlı boksçusu olimpiadaya lisenziya qazandı
10:12 17 Mart 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın boks üzrə milli komandasının üzvü Sahil Allahverdiyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Boks Federasiyası məlumat yayıb.
S.Allahverdiyev ötən gün Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 52 kq çəki dərəcəsində serbiyalı boksçu Janjic Dusana qalib gəlib.
Qeyd edək ki, 21 yaşlı azərbaycanlı boksçu “Minsk 2019” II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında gümüş medallar qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/gurcustanin-azerbaycanli-bokscusu-olimpiadaya-lisenziya-qazandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR