Boks üzrə Avropa çempionatı təxirə salındı

Boks üzrə Avropa çempionatı təxirə salındı
10:27 17 Mart 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 
"Report"un məlumatına görə, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.
Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.
Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boks-uzre-avropa-cempionati-texire-salindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR