Daha bir məşhur aktyorda koronavirus aşkarlandı

Britaniyalı aktyor İdris Elbaya koronavirus diaqnozu qoyulub.

Metbuat.az xəbər verir ki, bunu aktyor “Twitter” səhifəsində yazıb.

47 yaşlı aktyor bildirib ki, onda virusun heç bir simptomu olmasa da, martın 16-da onda koronavirus aşkarlanıb. İ.Elba insanları evdən bayıra çıxmamağa və praqmatik olmağa çağırıb.

Qeyd edək ki, İdris Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR