Murad Arif: “Bir türk oğlu olaraq, rəsmi surətdə…”

Murad Arif: “Bir türk oğlu olaraq, rəsmi surətdə…”
10:58 17 Mart 2020
175 Şou
Ölkə mətbuatı
A- A+

"Sevincliyəm. Bir türk oğlu olaraq, rəsmi surətdə, soyadımda ov şəkilçisindən qurtuldum! Uşaqları doğulan kimi, "Şükür" soyadı ilə qeyd etmişdik".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı və müğənni Murad Arif instaqramda yazıb. O, soyadının sonundakı "ov" şəkilçisindən imtina edərək milliləşdirdiyini qeyd edib:

"Lakin, böyük adamlarda problemdir... Çünki bir çox sənəd toplamaq lazım olurdu. Nəhayət, alındı! Qarşılayın, Murad (Arif oğlu) Şükür".

Qeyd edək ki, azərbaycanlıların 1937-ci ildə dəyişdirilərək ruslaşdırılmış soyadları kütləvi şəkildə milliləşdirilməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR