Sənət dostları Rafael Dadaşovu bu sözlərlə yola saldı - Bizim Alen Delonumuz...

Sənət dostları Rafael Dadaşovu bu sözlərlə yola saldı - Bizim Alen Delonumuz...
11:53 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

Sənət yoldaşları, Xalq artistləri, müğənnilər və bir çox məşhurlar martın 16-da günorta saatlarında vəfat edən Xalq artisti Rafael Dadaşovun ailəsinə sosial şəbəkə üzərindən başsağlığı verib.

Publika.az xəbər verir ki, Xalq artistləri Flora Kərimova, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Rəşad İlyasov, Sənubər İsgəndərli, Vəfa Zeynalova, Mehriban Xanlarova, Anar Heybətov, Aybəniz Haşımova, aparıcılardan Nailə İslamzadə, Zaur və Günay Baxşəliyevalar, Lalə Azərtaş və başqaları aktyora Allahdan rəhmət diləyib və duyğularını bölüşüb.

Flora Kərimova:

“Daha bir vida! İstedadlı nəslin istedadlı oğlu RAFAEL DADAŞOV! Allah Sizi Behiştlik etsin! Bütün Dadaşovlar ailəsinə səbir diləyirəm! Səidə qızım, ata itkisinin acısını qız övladları bir başqa yanğı ilə çəkir! Siz xoşbəxt övladsınız. Atanız sizi sevib, sizinlə qürrələnib! Qız övladının bundan böyük mükafatı ola bilməz! Sözlərimlə də olsa ailənizə dəstək olmaq istərdim, amma sizin üçün deyiləcək bütün kəlmələrin bu an cılız qaldığının fərqindəyəm! Bu acını illər öncə yaşayan bir övlad kimi sadəcə bir söz deyə bilərəm - məğrur olun, mətanətli olun! Allah rəhmət eləsin!”.

Yaşar Nurinin qızı Ülkər Yaşar:

“Çox ağladım, atamı ikinci dəfə itirdim. Rafael əmi Allah sizə rəhmət etsin, söz tapa bilmirəm, səhnəmiz və teatrımız boş qaldı. Allah bizə səbir verin. Bacım, nə deyim bilmirəm, ata itkisini atasız qızlar bilər”.

Lalə Azərtaş:

“Fotonu hər görəndə bizim Alen Delonumuz deyirdim. Çox heyif... Allah rəhmət eləsin...”.

Qeyd edək ki, R.Dadaşov bir müddət əvvəl infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Aktyor bu gün saat 14:00-da II Fəxri xiyabanda dəfn olunacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR