ŞOK İDDİA: Mustafa Sandal koronavirusa yoluxdu? -

Türk Pop musiqinin məşhur siması olan Mustafa Sandalın da virus səbəbiylə karantinaya alındığı iddia edilib.

Metbuat.az xəbər verir ki, məşhur musiqiçi Mustafa Sandal qatıldığı bir məclisdən sonra koronavirusa yoluxduğu ehtimal edilib.

Bu səbəbdən musiqiçinin evdə karantinada qaldığı deyilir. Xəbərin ardından Mustafa Sandal şəxsi ''İnstaqram'' hesabında bir post paylaşıb.

O yayılan bu xəbərləri əsassız adlandırıb.

''Mən də hər kəs kimi evdəyəm.Uşaqlarımı bayaq yatızdırdım.İndi də musiqi ilə məşğulam.Elə bir xəbər yoxdur.''

Qeyd edək ki, Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca son olaraq ölkədə 47 yoluxma halının olduğunu açıqlamışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR