“Windows 10” sistemli qurğuların sayı 1 milyardı ötüb

“Windows 10” sistemli qurğuların sayı 1 milyardı ötüb
14:35 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

Dünyada “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aktiv qurğuların sayı 1 milyardı ötüb. Bu barədə şirkətin vitse-prezidenti Yusuf Mehdi bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, bu göstəriciyə masaüstü kompüter, noutbuk, “Xbox Onе” oyun konsolları, eləcə də “HoloLens” əlavə reallıq eynəkləri daxildir. “Microsoft” korporasiyası “Windows 10” ilə işləyən qurğuların sayında 1 milyardlıq nəticəyə planlaşdırılandan iki il sonra nail olub. Bunun əsas səbəbi kimi şirkətin əməliyyat sisteminin “Android” və “iOS” ilə rəqabət apara bilməyən mobil versiyasından imtina etməsi qeyd olunur.

 

Bu göstəriciyə nail olmağa yanvarda “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin dayandırılmasının kömək etdiyi bildirilir. Bu isə öz növbəsində əksər özəl və korporativ müştəriləri fərdi kompüterləri “Windows 10” sisteminə keçirməyə məcbur edib. Bununla yanaşı, bir sıra şirkətlər yeni əməliyyat sisteminə tez keçə bilmir. “Microsoft” onlara “Extended Security Updates” (ESU) proqramı çərçivəsində ödənişli “Windows 7” yeniləmələri təklif edir. Proqram üzrə bir qurğu üçün ilk xidmət ilinin qiyməti 25 dollar, ikinci il üçün 50, üçüncü üçün 100 dollar təşkil edir. “Windows 7 Pro” istifadəçiləri üçün xidmət haqqı bir qurğu üçün müvafiq olaraq 50, 100 və 200 dollara bərabərdir.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67175-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR