Hacı Nuran Rafael Dadaşovdan yazdı: "Son nəfəsinə qədər bir qadını sevdi"

“Kino sahəsi Rafael Dadaşovsuz yetim qaldı”.

Metbuat.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə xalq artisti Rafael Dadaşovun vəfatına münasibət bildirən aparıcı Hacı Nuran yazıb.

O, Rafael Dadaşovun ağır xəstə olduğunu bilsə də heç bir xəstəliyi ona yaraşdırmadığını və vəfatından təəssüfləndiyini qeyd edib:

“Ağır xəbər oldu, çox ağır… Onun onkoloji xəstəlikdən müalicə aldığını bilirdim, amma özünü görəndə heç nə bildirmirdim. O, Azərbaycanın teatr sənətinin Alen Delonu idi. O, bizim səhnəmizin Rafael Dadaşovu idi.

Onsuz Akademik Milli Dram Teatrını təsəvvür etmirəm. Rafael Dadaşov o xarizmatik sənətkarlardan idi ki, onun üçün intihar edən gənc qızlar vardı. O isə son nəfəsinə qədər bir qadını sevdi. Bir də səhnəyə xəyanət etmədi Rafael Dadaşov. Çox ağır itkidir. Sözün aciz qaldığı məqamdır.

Başın sağ olsun, Azərbaycan səhnəsi! Səndən bir Rafael Dadaşov getdi. Ruhun şad olsun!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR