2014-cü ildə Bakı və regionlarda çoxlu sayda müxtəlif təyinatlı obyektlər istifadəyə verilib

2014-cü ildə Bakı və regionlarda çoxlu sayda müxtəlif təyinatlı obyektlər istifadəyə verilib
17:38 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
2014-cü ildə Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi və Azərbaycan Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, bu müddət ərzində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, sağlamlıq mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, gənclər mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Naftalan şəhərində “Qarabağ SPA and Resort” Otel Kompleksi, Abşeron rayonunda şahmat və musiqi məktəbləri, stadion, Ağdaş rayonunda yem və meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionunun tikintisi başa çatdırılaraq istismara verilib.
Həmçinin Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən rayonunda avtovağzal kompleksi, Füzuli rayonunda tikiş fabriki, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayonunda olimpiya idman kompleksi, gənclər mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir rayonunda çörək zavodu, Şəmkirçay üzərində su anbarı və su elektrik stansiyası, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1 milyon 978,3 min kvadratmetr olan yeni yaşayış sahəsi, 280 çarpayılıq xəstəxanalar, növbədə 251 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 29 min 230 şagird yerlik ümumtəhsil məktəbləri, 1332 yerlik məktəbəqədər təhsil müəssisələri, 294 yerlik klub və digər obyektlər istifadəyə verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2014_cu_ilde_Baki_ve_regionlarda_choxlu_sayda_muxtelif_teyinatli_obyektler_istifadeye_verilib-825541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR