İlk dəfə tamaşaçısız veriliş apardılar

İlk dəfə tamaşaçısız veriliş apardılar
17:52 17 Mart 2020
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkənin ən reytinqli üç proqramı - "5-də 5", "Səni axtarıram" və "Bizimləsən" tamaşaçısız yayımlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar ATV və Xəzər TV rəhbərliyi tərəfindən birgə verilib. 

Bu addım Azərbaycanda koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə atılıb. 

Hər üç verilişin formatında dəyişiklik edilərək studiyaya tamaşaçılar buraxılmayıb və stullar boş qalıb.

Qeyd edək ki, bu qayda Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq, tamaşaçıların iştirakı ilə keçirilən bütün proqramlara tətbiq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/834609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR