Fransa səfirliyi vizaların verilməsini dayandırdı

Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsi prosesini müvəqqəti olaraq dayandırıb.

Metbuat.az xəbər verir ki, bunu səfir Zakari Qross öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunur ki, bu qərar Fransa hökumətinin tapşırığı əsasında qəbul edilib:

“Parisdən gələn göstəriş əsasən, həm lokal olaraq, həm də bütün dünyada vizaların verilməsi müvəqqəti dayandırılıb. Koronavirus böhranı başa çatan kimi sizi Fransada görməyə ümid edirik. Novruz bayramınız mübarək!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR