“Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra...” - FOTO

“Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra...” - FOTO
20:17 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Gülüstan Əliyeva AzTV-də yayımlanan "Görüş yeri" proqramında foto paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, görüntüdə proqramın aparıcısı Kamilə Babayeva və Xalq artisti Səfurə İbrahimova yer alıb.

S.İbrahimovanın "Bahar qızı" obrazında olması diqqətdən qaçmayıb. G.Əliyeva fotoya "Azərbaycanın ilk "Bahar qızı" 53 il sonra" şərhini yazıb.

Qeyd edək ki, SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk "Bahar qızı" 29 yaşlı S.İbrahimova seçilib.

Onu da bildirək ki, Prezident təqaüdçüsü olan aktrisa indiyədək onlarla film və tamaşada rol alıb. O, 2005-ci ilədək Akademik Milli Dram Teatrında çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/834654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR