FİFA yay "transfer pəncərəsi"nin vaxtını dəyişə bilər

FİFA yay "transfer pəncərəsi"nin vaxtını dəyişə bilər
20:27 17 Mart 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

FİFA yay "transfer pəncərəsi"nin vaxtının dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 
İddiaya görə, ali futbol qurumunun bu addımı koronavirus pandemiyasına görə bir çox ölkədə çempionatların dayandırılması ilə bağlıdır.
Yerli liqaların iyunun sonlarına qədər davam edəcəyini nəzərə alan FİFA hesab edir ki, klublara əlavə vaxt vermək lazımdır. Müzakirə olunacaq məsələlər sırasına futbolçularla imzalanmış icarə müqavilələri də daxildir.
Qurumun mürəkkəb vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar axtardığı bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-yay-transfer-penceresi-nin-vaxtini-deyise-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR