3 yaşlı uşaq evinin bağçasında çəhrayı çəyirtkə tapdı

3 yaşlı uşaq evinin bağçasında çəhrayı çəyirtkə tapdı
22:57 17 Mart 2020
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da 3 yaşındakı bir uşaq, evinin bağçasında çəhrayı çəyirtkəyə rast gəldi. Böcəkləri çox sevən uşaq, təbiətdə nadir görülən dəvətsiz qonaqla çoxlu vaxt keçirdi.

Çəyirtkələri ümumiyyətlə yaşıl tonlarda görürük və indiyə qədər bizi yalnız ölçülərlə təəccübləndirə bildilər. Ancaq ABŞ-ın Texas ştatında yaşayan bir ailənin kiçik oğlu, çəyirtkələrin çəhrayı rəngə sahib ola biləcəyini göstərdi.

Ostin şəhərində yaşayan Allison Barger adlı bir qadın, 3 yaşındakı oğlu Bruksun evin bağçasında çəhrayı çəyirtkə tapdığını söylədi. Bruksun böcəkləri çox sevdiyini söyləyən Barger belə dedi: "Vaxtını çəyirtkəyə nə qədər şirin olduğunu söyləyərək xərclədi. İnternetdə axtarış edənə qədər, nə qədər nadir olduğu haqqında fikirimiz yox idi".

Çəhrayı çəyirtkələr, eritizm adı verilən genetik bir mutasiyanın nəticəsi olaraq ortaya çıxır. Delaver Universitetindən bir entomoloq olan Cared, çəhrayı çəyirtkələrin vəhşi həyatda nadir hal olduğunu ifadə etdi. Bununla yanaşı, bəzi mütəxəssislər çəhrayı rəngin çəyirtkələrdə gözə çarpan bir xüsusiyyət olduğunu, ancaq ovçuların onları asanca fərq etməsi ilə zamanla azaldıqlarını düşünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR