KİV: "Real" Beyli pulsuz buraxmağa hazırdır

KİV: "Real" Beyli pulsuz buraxmağa hazırdır
04:57 18 Mart 2020
133 Digər
Ölkə mətbuatı
A- A+

Qaret Beyl 2020-ci ilin yayında Madrid "Real”ını tərk edəcək.
Bu barədə “Report” “Daily Mail”ə istinadən xəbər verir.
Bildirilir ki, onun müqaviləsinin 2022-ci il ilin yayına qədər qüvvədə olmasına baxmayaraq, klub oyunçunu pulsuz buraxmağa hazırdır.
Məlumata görə, "Real”ın baş məşqçisi Zinəddin Zidan Beyli komandanın heyətində görmür və klubdan oyunçudan qurtulmağı xahiş edir. Madridlilərin rəhbərliyi həmçinin əsas heyətdə nadir hallarda oynayan futbolçuya ildə 17 milyon avro maaş ödəmək istəmir və hətta əgər başqa komanda ilə transfer razılaşmasına nail olmasa, onunla müqaviləyə xitam verməyə hazırdır.
Beyl koronavirus pandemiyasına görə dayandırılmış İspaniya çempionatının bu mövsümündə 14 oyun keçirib və iki qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-real-beyli-pulsuz-buraxmaga-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR