ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi

ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi
06:12 18 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.
“Report” xəbər verir ki, bu barədə “Nationalreview” bildirib.
"Bizim hərbçilərimiz heç kəsə koronavirus yoluxdurmayıb", - deyə Birləşmiş Ştatların rəhbəri qeyd edib.
Tramp vurğulayıb ki, yeni virus Çindən yayılmağa başlayıb.
Martın 12-də Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan ehtimal edib ki, ölkə ərazisinə COVID-19-u ABŞ hərbçiləri gətiriblər. Diplomat Vaşinqtonu ABŞ-da əvvəllər də güman olunan koronavirusdan ölüm hallarının qeydə alındığını açıqlayan araşdırmaların şərhlərini aydınlaşdırmağa çağırıb.
Bundan başqa, İran siyasətçiləri də iddia edirlər ki, COVID-19 ABŞ-ın “uşağı”dır. Onların dediklərinə görə, koronavirus yeni bioloji silahdır.
ABŞ-ın dövlət katibi Mayk Pompeo buna cavabında rəsmi Tehranı yalan məlumat yaymaqda ittiham edib.
Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17 nəfər sağalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-in-koronavirusu-yaymasi-haqqinda-iddialara-cavab-verdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR