“Samsung” smartfonlar üçün ən sürətli yaddaş istehsalına başlayıb

“Samsung” smartfonlar üçün ən sürətli yaddaş istehsalına başlayıb
10:35 18 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Samsung" qabaqcıl smartfonlar üçün ən sürətli fləş yaddaşın kütləvi istehsalına başlayıb. Tutumu 512 QB olan eUFS 3.1 yaddaşının yazma sürəti əvvəlki nəsil eUFS 3.0 yaddaşı ilə müqayisədə 3 dəfə daha sürətlidir. Bu, videonu 8K formatında və böyük ölçülü şəkilləri onları buferləşdirmədən saxlamağa imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, 512 QB-lıq eUFS 3.1 yaddaşının yazma sürəti 1,2 QB/san təşkil edir ki, bu da eyni tutuma malik eUFS 3.0 yaddaşı ilə müqayisədə 3 dəfə, "SATA" (540 MB/san) diskləri ilə müqayisədə 2 dəfə və UHS-I (90 MB/c) microSD kartı ilə müqayisədə 10 dəfədən çox sürətlidir. Bundan başqa, yeni yaddaşın təsadüfi oxuma və yazma sürəti populyar UFS 3.0 daşıyıcıları ilə müqayisədə 60% daha sürətlidir.

 

eUFS 3.1 yaddaşının yüksək sürəti 8K formatında videoya və ya yüksək təsvir ölçülü şəkillərə noutbukda olduğu kimi eyni sürətlə müraciət etməyə imkan verir. Belə yaddaş tipi köhnə smartfondakı məlumatların yenisinə köçürülmə vaxtını azaldır: eUFC 3.1 yaddaşı ilə təchiz edilmiş qurğuda 100 QB-lıq məlumatın köçürülməsinə 1,5 dəqiqə lazımdır, halbuki UFC 3.0 ilə işləyən cihazda bu göstərici 4 dəqiqədən çox təşkil edir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67198-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR