BVF-nin nümayəndəsi koronavirusa görə İrana gəldi

BVF-nin nümayəndəsi koronavirusa görə İrana gəldi
12:32 18 Mart 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Valyuta Fondunun (IMF) məsul şəxsi martın 18-də İran Mərkəzi Bankına maliyyə dəstəyi ilə bağlı danışıqlara başlayıb. 
“Report” xəbər verir ki, məlumatı “Mehrnews” yayıb.
Bildirilib ki, IMF-nin nümayəndəsi İranın koronavirusa qarşı mübarizə məqsədilə istədiyi maliyyə dəstəyini dəyərləndirir.
Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif IMF-dən koronavirusa qarşı mübarizə aparmaq üçün 5 milyard ABŞ dolları məbləğində yardım istəmişdi.
Martın 17-nə olan rəsmi məlumata görə, İranda koronavirus nəticəsində 988 nəfər ölüb, yoluxanların sayı isə 16 min 169 nəfər çatıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/bvf-nin-numayendesi-koronavirusa-gore-i-rana-geldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR