Rus modelin paylaşımı gündəm oldu:

Dünyaca məşhur Rusiyalı model Viktoriya Bonyanın koronavirus barədə sosial media paylaşımı tənqid edilib.

Metbuat.az xəbər verir ki, 2001-ci ildə Rusiyanı "Miss Earth" yarışında təmsil edən 40 yaşlı model özünün "İnstaqram" hesabında etdiyi paylaşımda belə qeyd edib:

“Çox üzgünəm, bunu yazmaq məcburiyyətindəyəm. Hər kəsin yaxşılığı üçün bu sözləri yazmalıyam. Planetimiz məhv olur. Mən planeti itirməkdənsə, insanların yarısını itirməyi üstün tutardım”.

Onun bu sözləri müzakirəyə səbəb olub. Bir çox izləyici modelə “Sənin yaxınların bu virusa yoluxsa, heç belə deməzdin”, - şərhini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR