Hindistan ordusunda ilk koronavirus faktı aşkar edildi

Hindistan ordusunda ilk koronavirus faktı aşkar edildi
13:32 18 Mart 2020
131 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın ordu sıralarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin şimalındakı Leh şəhərində 34 yaşlı hərbçi virusa yoluxub.

Qeyd olunur ki, virus hərbçiyə məzuniyyət vaxtı, İrandan gəlmiş atasından yoluxub.

Həmin hərbçi və onun ailə üzvləri karantinə alınıb.

Bu günədək Hindistanda 148 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/834793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR