Bakıda iki maşın toqquşdu: 3 yaralı var - VİDEO

Bakıda iki maşın toqquşdu: 3 yaralı var - VİDEO
13:37 18 Mart 2020
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda qeydə alınıb. Minik avtomobili ötmə əməliyyatını edərkən qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisə şahidləri bildiriblər ki, qəza səbəbindən adıçəkilən yolda qısamüddətli tıxac yaranıb. Qəza yenirə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/834794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR