“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib
15:35 18 Mart 2020
Ölkə mətbuatı
A- A+

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib. Yeni versiya vizual cəhətdən əvvəlkindən elə də fərqlənmir, amma onun konfiqurasiyasında bir sıra dəyişikliklər edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, smartfon 6,4 düymlük AMOLED displey və daxili barmaq izləri skaneri ilə təchiz edilib. Smartfonun əsas versiyadan fərqi prosessor olub: yenilənmiş "Reno3" smartfonunda "MediaTek Dimensity 1000L" əvəzinə "Helio P90" mobil platformasından istifadə edilir.

 

Cihaz 8 QB əməli və 128 QB daxili yaddaşla (yaddaşın tutumunu "microSD" kartının köməyi ilə artırmaq mümkündür) təchiz edilib. Modelin daxili akkumulyatorunun tutumu 4025 milliamper/saat təşkil edir. "VOOC 3.0" sürətli enerjidoldurma texnologiyası qurğunu 30 dəqiqə müddətində 0-dan 50%-dək, 73 dəqiqə ərzində isə 100%-dək doldurmağa imkan verir.

 

Əsas kamera 4 sensordan ibarətdir: 48, 13 (20 qat rəqəmli zuma malik teleobyektiv), 8 (genişbucaqlı optika) və 2 mp-lik (makroobyektiv). Ön kamera modulu f/2.4 diafraqmalı 44 meqapiksellik sensora malikdir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67221-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR